- 12-dek, 08:20 Uşağını ölənəcən yedirtdi
- 12-dek, 08:00 Bu gün Heydər Əliyevin anım günüdür
- 11-dek, 19:26 İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul etdi
- 11-dek, 18:10 İlham Əliyev Neftçalaya beş milyon manat ayırdı
- 11-dek, 18:00 Emin qızına mahnı həsr etdi - FOTO/VİDEO
- 11-dek, 17:34 Zakir Həsənov komandir-rəis heyəti qarşısında tapşırıqlar qoydu
- 11-dek, 14:28 Azərbaycana bu il gələn turistlərin sayı 3 milyona çatıb
- 11-dek, 13:45 Təyyarələri bir düymə ilə endirmək mümkün olacaq
- 10-dek, 22:21 Rusiyanın baş prokuroru bakılıya vəzifə verdi
- 10-dek, 22:00 Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO
- 10-dek, 21:25 Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
- 10-dek, 21:00 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların coğrafiyasını genişləndirir və yeni aviaşirkətləri cəlb edir

Ramiz Qusarçaylı: 650 min ağac əkək təşəbbüsü həm də ekoloji mühitin qorunması baxımından çox əhəmiyyətlidir
Tarix: 12/11/201933

İmadəddin Nəsiminin əsərləri təbiətlə cəmiyyətin harmoniyasından yaranıb. Ümumiyyətlə, böyük şairlərin hər bir obrazında, şeirlərinin dilində dəyərlərin istinad yeri təbiətdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü alqışa layiqdir. Bu genişmiqyaslı kampaniya Azərbaycanın dahi şairinin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması baxımından çox əhəmiyyətlidir.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış qubalı şair Ramiz Qusarçaylı söyləyib.
R.Qusarçaylı bildirib ki, Mehriban Əliyevanın irəli sürdüyü bütün təşəbbüslər millətin rifahına, dövlətin və dövlətçiliyin möhkəmlənməsinə istiqamətlənib.
“Mehriban xanımın fəaliyyəti bir poeziyadır, iri əsərdir. Nəsiminin 650 illiyi münasibətilə təşkil olunan festivallar, tədbirlər, aksiyalar bu əsərin tərkib hissəsidir. Dini ayələrdən birində deyilir ki, qiyamət qopacağını bilsən belə əlindəki fidanı yerə basdır. Ağac əkmək, ətrafı yaşıllaşdırmaq ən gözəl əməllərdəndir. Buna görə də hamı 650 min ağac əkilməsi təşəbbüsünü böyük rəğbətlə qarşılayır. Kampaniya çərçivəsində Quba rayon ərazisində bir gündə 5 mindən çox ağacın əkilməsi nəzərdə tutulub. Bu nəcib təşəbbüsə görə Mehriban xanım Əliyevaya təşəkkür edirəm”, - deyə Ramiz Qusarçaylı bildirib.

Fikrini bildir
Diqq?tinizi ??k? bil?c?k dig?r x?b?rl?r