NİZAMNAMƏ

shadow

İCTİMAİ NƏZARƏT KOALİSİYASI NİZAMNAMƏSİ

nizamnamə

Tərtib tarixi: 20.10.2020

Təsdiq Tarixi : 31.10.2020

Təsdiq edən qurum : 0153930

Sədr : 0153930

SWIFT: IBAZAZ2X

Müştəri hesabı: AZ591BAZ38090019449537105207

Hesab adı : Sabitlik və İnkişaf Mərkəzi İB

VÖEN : 1600408161

 
ÜMUMİ MÜDDƏALAR
 
1.1. “İctimai Nəzarət Kolasiyası”( bundan sonra, Koalisiya adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.
1.2. “Kolasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki məcəlləsi, “Qeyri-hökumət təşkilatları(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunu, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir.
1.3. “Kolalisiya Azərbaycan Resbublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.
1.4. “Koalisiyananın tam adı. Azərbaycan dilində: “İctimai Nəzarət Kolalisiyası” İngilis dilində: “Sosial Control Coalition”
1.5. “Koalisiyanın təşkilatı-hüquqi forması: İctimai Birlik”
1.6. “Koalisiyanın hüquqi ünvanı: Azərbaycan Respublıkası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, “Azərbaycan” Nəşriyyatı, 8-ci mərtəbə.”
 
 
2. KOALİSİYANIN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏD VƏ PREDMETİ
 
2.1. “Koalisiyanın əsas məqsədi cəmiyyətdə hüquqi bərabərlik, sosial ədalətin, demokratik dəyərlərin təmin olunması üçün ictimai nəzarət mexanizmlərini hazırlamaq və hüquq sahəsində fəaliyyət göstərmək, Azərbaycan Respublikasında demokratiyanı inkişaf etdirmək, insan hüquqlarının qorunmasına yardım etmək, hüquqi dövlət prinsipini inkişaf etdirmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etməkdən ibarətdir. Qeyri-kommersiya hüquqi şəxs olaraq, Koalisiyanın əsas məqsədi mənfəət götürməkdən və ya götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməkdən ibarət deyil.
2.2. “Koalisiya qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir:
2.3. “Hüquq sahəsində aparılan islahatların, eləcə də, insan hüquqlarının qorunması üçün aparılan reformların həyata keçirilməsinə yardım etmək
2.2.2. “İnsan hüquqlarının mövcud qanunvericiliyə uyğun olaraq qorunmasını həyata keçirmək, bu hüquqların pozuntusu haqqında müvafiq orqanlara məlumat vermək.”
2.2.3. “İnsan hüquqları haqqında qanunvericiliyin, eləcə də, bu sahələrdə yeni qanunvericilik aktlarının elmi ekspertizasının təklif və lahiyələr irəli sürmək”
2.2.4. “Qanunçuluğa və insan haqlarının qorunmasına ictimai nəzarət həyata keçirmək:”
2.2.5. “Ölkə daxilində insan hüquqlarının vəziyyəti haqqında haqqında məlumat toplamaq və pozuntuların xarakterini müəyyən etmək və bunların qarşısını alınması üçün tədbirlər planı, lahiyələr hazırlamaq:
2.2.6. “Vətəndaşların hüquqlarının qorunması üçün maarifləndirici tədbirlər həyata keçirmək və birbaşa hüquqları pozulmuş aztəminatlı ailələrin hüquqlarını müdafiə etmək
2.2.7. “Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi istiqamətində müəyyən olunmuş vəzifələri həyata keçirmək
2.2.8. Beynəlxalq aktlara və təcrübəyə, Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və ümumi prinsiplərinə uyğun şəkildə ölkə qanunvericiliyini təkminləşdirilməsində, dinamik inkişafında, eləcə də qanunvericilik aktlarının hazırlamasında dinamik iştirak etmək, beynəlxalq təşkilatlar ilə əlaqə yaratmaq, onlarla əməkdaşlıq etmək, beynəlxalq təcrübəni öyrənmək, bu məsələlərlə bağlı dəyirmi masalar keçirmək, zərurət yarandıqda müstəqil ekspertizalar keçirmək, mülahizələr aparmaq, müstəqil olaraq və ya dövlət idarələri, ictimai təşkilatlat və ya dövlət qurumları ilə birlikdə konqreslər, konfranslar, seminarlar keçirmək, kitab və broşuralar keçirmək, kitab və broşuralar keçirmək:
2.2.9. “ Hüquq sahəsində fəaliyyət göstərən ictimai birliklərlə qarşılıqlı əməkdaşlıq etmək:
2.2.10. “Koalisiya öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilir.
2.3. “ Koalisiya qarşısına qoyduğu məqsədləri aşağıdakı formalarda həyata keçirir:
2.3.1. “ Görüşlər, simpoziumlar, konfranslar, formlar, dəyirmi masalar, treninqlər, kurslar, müsabiqələr və başqa tədbirləri təşkil etmək.
2.3.4. “ Dövlət, məhkəmə və digər orqanlarda aztəminatlı ailələrin hüquqlarını müdafiə edir:
2.3.5. “ Jurnallar, bülletenlər, kitabçalar, broşuralar və s. Çap edib yayır, hüquqi reklam çarxları hazırlayır:
2.3.6. “ Xarici dövlətlərdə, eləcə də, Azərbaycan Respublikasında mövcud olan analoji qurumlarla əlaqədar yaradır.
2.3.7. “ Hüquq sahəsinə aid olan mərkəzlər, xidmət sahələri, qruplar, bölmələr, komissiyalar və s. Yaradır:
2.3.8. “ Qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri, mətbu nəşrlər təsis edir:
2.3.9. “ Qanunla qadağan olunmayan digər fəaliyyət formaları ilə məşğul olur.
2.4. “ Koalisiya qarşısına qoyduğu məqsədlərə çatmaq üçün, bu Nizamnamədə müəyyən etdiyi vazifələri yerinə yetirmək üçün Birliyin Fəaliyyət Planını Hazırlayır və təsdiq edir.
 
 
3. KOALİSİYANIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
 
3.1. “Koalisiya aşağıdakı hüquqlara malikdir.
3.1.1. “Öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək
3.1.2. “Banklarda hesablaşma hesabı və digər hesablar açmaq:
3.1.3. “Azərbaycan Respublikasının qanunvercilik aktları və qadağan olunmayan və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq: 3.1.4. “Özünün nümayəndəliklərini və filialını yaratmaq:
3.1.5. “Müxtəlif təşkilatlara üzv olmaq, ittifaqlar yaratmaq:
3.1.6. “Beynəlxalq təşkilatlarla əlaqə yaratmaq:
3.1.7. “Azərbaycan Respublikasının qanunvericiliyini və müəyyən edilmiş digər hüquqlardan istifadə etmək:
3.1.8. “Koalisiya Azərbaycan Respublikasının qanunvercilik aktları ilə nəzərdə tutulan vəzifələri yerinə yetirir.
3.2. Beynəlxalq aktlara və təcrübəyə, Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və ümumi prinsiplərinə uyğun şəkildə ölkə qanunvericiliyini təkminləşdirilməsində, dinamik inkişafında, eləcə də qanunvericilik aktlarının hazırlamasında dinamik iştirak etmək, beynəlxalq təşkilatlar ilə əlaqə yaratmaq, onlarla əməkdaşlıq etmək, beynəlxalq təcrübəni öyrənmək, bu məsələlərlə bağlı dəyirmi masalar keçirmək, zərurət yarandıqda müstəqil ekspertizalar keçirmək, mülahizələr aparmaq, müstəqil olaraq və ya dövlət idarələri, ictimai təşkilatlat və ya dövlət qurumları ilə birlikdə konqreslər, konfranslar, seminarlar keçirmək, kitab və broşuralar keçirmək, kitab və broşuralar keçirmək:
 
4.KOALİSİYANIN ƏMLAKI VƏ MALİYYƏ MƏNBƏLƏRİ
 
4.1. “Koalisiyanın mülkiyyəti binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vasitələri, səhmlər, digər qiymətli kağızlar və bu nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericilikdə qadağan olunmamış növlərdə əmlak ola bilər.
4.2. “Koalisiya öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, özgəninkiləşdirilə bilər.
4.3. “Koalisiyanın əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır.
4.3.1. “Təsisçilərin və ya Koalisiyanın üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları:
4.3.2. “İdarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak və ianələr:
4.3.3. “Qrantlat.
4.3.4. “Öz əmlakından istifadə və onun staılması nəticəsində əldə edilən gəlirlər.
4.3.5. “Sərgilərdən, konsretlər və digər tədbirlərdən əldə olunan gəlirlər.
4.3.6. “Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər.
4.3.7. Qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.
4.3.6. “Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər.
4.4. “Koalisiyanın üzvləri onun mülkiyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
4.5. “Koalisiya Azərbaycan Respublikasının qanunverciliyinə müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
4.6. “Koalisiyanın hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərə xərclənə bilməz.
4.7. “Koalisiya siyasi partiyalara maliyyə və başqa yardım göstərə bilməz.
 
5. KOALİSİYANIN TƏSİSÇİLƏRİ
 

5.1. “Koalisiyanın təsisçiləri aşağıdakı təşkilatlardır: Yarıdan çoxu bu məsələyə müsbət münasibətlətini birlikdə, ərizəçi Koalisiyanın üzvü seçilmiş hesab olunur.
5.6. “Koalisiyanın üzvlərini Koalisiyanın ali orqani tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.
5.7. “Koalisiyanın üzvləri öz aralarında bərabərhüquqlu olub, aşağıdakı hüquqlara malikdirlər.
5.7.1. “Bu nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək:
5.7.2. “Koalisiyanın hər hansı seçkili, o cümlədən rəhbər orqanın seçmək və seçilmək:
5.7.3. “Koalisiyanın fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək:
5.7.4. “Koalisiyanın rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzərət etmək:
5.7.5. “Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Koalisiyaya müraciət etmək.
5.7.6. “Onun hüquqları və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Koalisiyanın müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
5.8. “Koalisiyanın üzvü eyni zamanda iki seçili orqanın üzvü ola bilməz:
5.9. “Koalisiyanın üzvü yalnız Koalisiyanın rəhbərliyi səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
5.10.1. “Koalisiyanın üzvləri aşağıdakı vəzifələri daşıyır.
5.10.2. “Koalisiyanın seçili orqanlarının qərarını yerinə yetirmək.
5.10.3. “Nizamnamə tələblərinə riayət etmək.
5.10.4. “Koalisiyanın tədbirlərində iştirak etmək.
5.11. “Koalisiyanın üzvlük haqqının miqdarı Koalisiyanın idarə heyəti tərəfindəm müəyyən edilir.
6.1.4.6. “Koalisiyanın təftiş komisiyyasının (müfəttişin) seçilməsi.
6.1.4.7. “Koalisiyanın fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsi, onların yerinə yetirilməsi dair plan və hesabatların təsdiq edilməsi.
6.1.4.8. “Filial və nümayəndəliklərin də axil olmaqla Koaliisyanın fəaliyyətinin illik nəticələri Auditor rəy və hesabatların təsdiq edilməsi.
6.1.4.9. “Koalisiyanın yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul eidlməsi.
6.1.4.10. “Ləğvetmə komisiyassının təyin edilməsi ləğvetmə balansının təsdiq edilməsi.
6.1.4.11. “Koalisiyanın icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.
6.1.5. “Ümumi yığıncaq yalnız Koalisiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyəti hesabat olunur.
6.1.6. “Ümumi yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməsnin dəyişdirilməsi (ona əlavələr olunması) və təçkilatın ləğvi barədə qərarın qəbulu üçün 2.3. səs çoxluğu tələb olunur.
6.1.7. “Koalisiyanın fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir.
6.2. “İcra orqanı.
6.2.1. “İcra orqanı Koaliisyanın sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan idarə heyətidir.
6.2.2. “İdarə heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir.
6.2.2.1. “Koalisiya üzvlüyünə qəbul edir və üzvlüydən azad edir.
6.2.2.2. “Təklif və lahiyələr irəli sürür.
6.2.2.3. “Koalisiyanın filiallarını yaradır və nümayəndələliklərini açır.
6.2.2.4. “Koalisiyanın digər idarəetmə orqanlarını müstəsna səalahiyyətlərini aid edilməyən bütün məsələr həll edir
6.2.3. “Koalisiyanın digər idarəetmə orqanlarını müstəsna səalahiyyətlərini aid edilməyən bütün məsələr həll edir
6.2.4. “İdarə heyəti sədri müavinləri və digər üzvlərin Koalisiyanın ümumi yığıncağı tərəfindən iki il müddətinə seçilir.
6.2.5. “Sədr.Koalisiyanı təmsil edir onun adından müqavilələr bağlayır etibarnamələr verir ümumi yığıncağın və idarə heyətin qərarlarını icarsını təşkil edir. Ümumi yığıncaq tərəfindən və nizamnamə ilə onun üzərinə qoyulan igər funksiyaları həyata keçirir.
6.2.5. “Sədr müavini( və ya müavinlər).Koalisiyanın sədrinin təqdimatı əsasında birliyi təmsil edir Koalisiyanı sədr müəyyən səbəblərdən öz vəsifəsini icra edə bilmədikdə onun səlahiyyətlərini həyata keçirir. Ümumi yığıncağın və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
6.3. “Nəzarət-təftiş komissiyası(müfəttiş)
6.3.1. “Koalisiyanın vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin nizamnaməyə uyğun olmasına habelə Koalisiyanın maliyyə-təsərüffat faəliyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə təftiş komissiyası (müfəttiş) seçilə(təyin edilə) bilər.
6.3.2. “Koalisiyanın təftiş komisyasının (müfəttişin) təyin edilməsi tərkibi və fəaliyyəti qatdası ümumi yığıncağın qərarları ilə müəyyən edilir.
6.3.3. “Nəzarət-təftiş komissiyasının qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.3.4. “Nəzarət-təftiş komissiyası Koalisiyasının orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətinə baxıb cavab verməlidir.
 
7. KOALİSİYANIN FİLİAL VƏ NÜMAYƏNDƏLİKLƏRİ
 
7.1. “Koalisiya Azərbaycan Respublikası ərazisində və xaricdə filialların yarada, nümayəndəliklərin aça bilər.
7.2. “Koalisiyanın filialı onun olduğu yerdə kənarda təşkil edilir və fəaliyyətini bir hissəsini həyata keçirir.
7.3. “Koalisiyanın nümayəndliyi onun olduğu yerdən kənarda təşkil edilir və fəaliyyətini bir hissəsini həyata keçirir.
7.4. “Koalisiyanın filial və nümayəndiliyi hüquqi şəxs deyil, Koalisiyanın əmlakından pay alır və Koalisiyanın Ümumi Yığıncağı tərəfindən təsdiq edilən Əsasnaməyə əsasən fəaliiyət göstərir. Filial və nümayəndəliklər Birliyin İdarə Heyəti tərəfindən verilən səlahiyyət daxilində fəaliiyət göstərir. Flial və nümayəndələrin fəaliyyətinə görə Koalisiya məsuliyyət daşıyır.
7.5.“Filial və nümayəndiliklər Birliyin İdarə Heyəti tərəfindən verilən səlahiyyət daxilində fəaliyyət göstərir.
 
8. KOALİSİYANIN EHTİYYAT VƏ DİGƏR FONDLARI
 
8.1 “Koalisiyanın qanunvercilikdə nəzərdə tutlmuş qaydada ehtiyyat (sığorta), amortizasiya xeyriyyə və digər fondlar yarada bilər.
 
9. KOALİSİYANIN MALİYYƏ İLİ
 
9.1. “Koalisiyanın maliyyı ili onun dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla hesablanır.
9.2. “Digər illər üçün maliyyə ili yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla hesablanacaqdır.
 
10. HESABAT
 
10.1. “Koalisiya müstəqil sürətdə öz fəaliyyətini planlaşdırır və inkişa prespektivlərini istehsal və sosial inkişafın istiqamətlərini müəyyən edir.
10.2. “Koalisiya öz fəaliyətini nəticələrinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada və formada mühasibat və əməliyyat uçotu, statistik hesabat aparır, balans tərtib edir.
 
11. SIĞORTALANMA
 
11.1. “Koalisiya Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş vergiləri ödəyir.
 
12. VERGİLƏR
 
12.1. “Koalisiya Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş vergiləri ödəyir.
 
13. ƏMƏK MÜNASİBƏTLƏRİ
 
13.1 “Koalisiyada işəgötürmə vəişdən azad etmə məsələri, əmək rejimi , əmək haqqı kompensisiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir.
13.2. “. Əmək haqqı, Koalisiyanın işçilərinin sosial təminatı məsələləri məzuniyyətlərin verilməsi işçilərə bağlanan əmək müqavilələri əsasında qanunverciliyə uyğun qaydada həll edilir.
 
14. SOSİAL SIĞORTA VƏ TƏMİNAT
 
14.1. “Koalisiya içilərinin sosial sığortası və təminatı Azərbaycan Respublikası qanunvericliyi ilə tənzimlənir.
 
15. KOALİSİYANIN YENİDƏN TƏŞKİLİ VƏ YA LƏĞV OLUNMASI.
 

15.1. “Koalisiya Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmuş qaydada yenidən təşkil və ya ləqv edilə bilər. Koalisiyanın yenidən təşkili və ya ləğvi onun təsisçilərinin və ya Koalisiyanın tənzimlənmsəi ilə vəkil edilmiş orqanın qərarı ilə həyata keçirilə bilər.
15.2. “Koalisiyanın yenidən təşkili birləşmə, qoşulma, bölünmə ayrılma və çevrilmə formalarında həyata keçirilə bilər.
15.2.1.“Koalisiyanın başqa təşkilatın on a qaşulma formasında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinin xitam verilməsi haqqında qeydin hüquqi şəxsləri dövlət reysterinə daxil edildiyi andan sayılır.
15.2.2. “Koalisiyanın başqa təşkilatın on a qaşulma formasında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinin xitam verilməsi haqqında qeydin hüquqi şəxsləri dövlət reysterinə daxil edildiyi andan sayılır.
15.2.3. “Koalisiyanın çevrilmə formasında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan Koalisiyanın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin dövlət reysterinə daxil edildiyi andan sayılır.
15.3. “Koalisiyanın yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər aşağıdakıqaydada həll olunur.
15.3.1. “Koalisiya birləşmə formasında yenidən təşkil edildikdə təşkilatlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış təşkilata keçir.
15.3.2. “Koalisiya qoşulma formasında yenidən təşkil edildikdə qoşulan təşkilatın hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki təşkilata keçir.
15.3.2. “Koalisiya qoşulma formasında yenidən təşkil edildikdə qoşulan təşkilatın hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki təşkilata keçir.
15.3.3. “Koalisiya bölündükdə onun hüquq və vəzfələri bölünmə balansına uyğun olaraq yei yaranmış təşkilatlara keçir.
15.3.4. “Koalisiyanın tərkibindən bir və ya bir neçə təşkilat ayrıldıqda yenidən təşkil edilmiş təşkilatın hüquq və vəzifələri bölünmə balansna uyğun olaraq onların hər birinə keçir.
15.3.5. “Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə çevrilir.
15.4. “Koalisiyanın ləövi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçməkdən xitam verilməsi deməkdir. Koalisiya aşağıdakı hallarda ləğv edilə bilər.
15.4.1. “Koalisiyanın təsisçilərinin v nizamnamə ilə vəkil edilmiş orqanın qərarı ilə.
15.4.2. “Azərbaycan Respublikasında qanunverciliyində nəzərdə tutulmiş hallarda məhkəmənin qərar ilə.
15.4.3. “Azərbaycan Respublikasının qanunverciliyində nəzərdə tutulmuş digər hallarda.
15.5. “Koalisiyanın ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının mülki qanunverciliyi ilə nəzərdə tutulmuş qydada həll olunur.
15.6. “Koalisiyanın ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri odənildikdən sonra qalan əmlak qanunvercilikdə müəyyən olunmuş qaydada nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
 
16. NİZAMNAMƏNİN QƏBULU, ONA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ QAYDASI VƏ DİGƏR ŞƏRTLƏR
 
16.1. “Koalisyanın təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi Koalisiyanın təsis sənədidir. Koalisiya yaradılarkən nizamnamə təsis yığıncağında nüzakirə edilir və səsvermə yolu ilə qəbul edilir.
16.2. “Koalisiyanın nizamnaməsinə əlavə və dəyişiklik onun ali idarəetmə orqanının qərarı ilə edilə bilər.
16.3. “Koalisiyanın nizamnaməsindəki əlavə və dəyişiklik onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Koalisiyanın nizamnaməsindəki əlavə və dəyişikliklərin qövlət qeydiyyatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
16.4. “Koalisiyanın fəliyyəti iləəlaqədar olan, lakin bu nizamnamə ilə tənzimlənməyən məsələlər Koalisiyanın üzvlərinin ümumi yığıncağının Azırbaycan Respublikasının qanunverciliyinə uyğun qəbul etdiyi qərarla tənzimlənir.
16.5. “Gələcəkdə bu nizamnamənin hər hansı müddəası qanunvercilikdə ziddiyyət təşkil edərsə, qanunverciliyin müddəası tətbiq edilir.