DataLife Engine > Çap üçün versiya > Təhsil Nazirliyi internat evində araşdırmalara başladı
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Sağ Manşet > Təhsil Nazirliyi internat evində araşdırmalara başladı

Təhsil Nazirliyi internat evində araşdırmalara başladı


15-04-2019, 15:57. Yerləşdirdi: admin
Təhsil Nazirliyi kimya müəlliməsi Leyla Ucalın Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqda sosial şəbəkədə yazdıqları ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə virtualaz.org-a nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. C.Valehov bildirib ki, Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov hazırda məktəbdədir. “İnternatdakı vəziyyət tam və hərtərəfli araşdırılacaq. Jurnalistlərə də məktəbdə yaradılmış şəraitlə tanış olmaq, uşaqlarla söhbət etmək imkanı yaradılıb. Bütün iddialar araşdırılandan sonra ictimaiyyətə məlumat veriləcək”, - C.Valehov əlavə edib.

Qeyd edək ki, Leyla Ucal 2017-ci ildə internatda kimya müəlliməsi işlədiyi 2 həftə ərzində uşaqların təhqir edildiyinin, döyüldüyünün şahidi olduğunu yazıb.

Geri